•  +994 50 359 69 75
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
Elgün Mənsimov ADU tələbələri ilə görüşüb

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı və Azərbaycan ədəbiyyatı kafedrasının “Beynəlxalq jurnalistika” ixtisası üzrə müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent  Aynurə Hüseynovanın təşəbbüsü ilə “Report” İnformasiya agentliyinin redaktoru, "MediaServis" - Media Xidmətləri təşkilatının rəhbəri Elgün Mənsimovun jurnalistika ixtisasında təhsil alan tələbələrlə görüşü keçirilib.

Görüşdə dosent Aynurə Hüseynova Elgün Mənsimovun jurnalistika sahəsindəki fəaliyyəti haqqında məlumat verib.

Sonra Elgün Mənsimov konfilikt jurnalistikasında peşəkarlıq və təhlükəsizlik məsələsi ilə bağlı fikirlərini  bölüşüb.

 Qonaq, həmçinin  “Jurnalistin etik davranış qaydaları” və  jurnalistika sahəsinə aid digər mövzulara toxunub.

Görüş tələbələrin sualları ilə davam edib.



Bizə yazın