Dekabrın 16-da Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Zəngilan rayon 34 nömrəli tam orta məktəbdə “Erkən Nikaha Yox Deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Mediaservis xəbər verir ki, tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşları, məktəbin direktoru, psixoloqu və həmin təhsil ocağının 9,10,11-ci sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər “erkən nikahın” qızlarda yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquqpozuntuları barədə məlumat verilib.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb.

Bizə yazın