•  +994 50 359 69 75
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
Nikol Paşinyan təyyarə qəzası ilə bağlı başsağlığı verib

Ermənistan Baş naziri Nikol Paşinyan AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Mediaservis.az xəbər verir ki, bu barədə N.Paşinyan “X” platformasındakı paylaşımında bildirib.

“Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı veririk. Baş vermiş bu faciə insanın kədərlənməməsinə səbəb ola bilməz”, - o qeyd edib.

Bizə yazın