Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif sabah Laçın Beynəlxalq Hava Limanının açılışını edəcəklər.
Mediaservis.az xəbər vcerir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə inşa etdiyi üçüncü hava limanı xüsusiyyətini daşıyan Laçın Beynəlxalq Hava Limanı sabah keçiriləcək mərasimlə istifadəyə veriləcək.
Mərasimə Prezident Ərdoğan və Azərbaycan Prezidenti Əliyev qatılacaq. Açılışda Pakistan Baş naziri Şərif də iştirak edəcək.
Qeyd edək ki, hava limanı dağlıq ərazidə qayalar oyularaq və ərazi düzləşdirilərək inşa edilib. Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın ən yüksək hündürlüklü (1800 metr) hava limanı olma xüsusiyyətini daşıyır.
2021-ci ildə təməli qoyulan hava limanı Laçın şəhər mərkəzinə 30, Şuşaya 70, Kəlbəcərə isə 60 kilometr məsafədə yerləşir. Uçuş zolağının uzunluğu 3 min metr, eni 60 metr olan hava limanında saatda 200 sərnişinə xidmət göstərə biləcək terminal binası yerləşir.

Bizə yazın