•  +994 50 359 69 75
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
BÖLGƏLƏRDƏ "KİNO GÜNLƏRİ"-AKİ-DƏN NÖVBƏTİ LAYİHƏ-FOTO

Azərbaycan Kinematoqrafçılar İttifaqı bölgələrdə film nümayişlərini davam etdirir.
Budəfəki “Kino Günləri” layihəsinin təyinat nöqtəsi Biləsuvar rayonu olub. 19-21 iyun tarixlərində keçirilən layihə Biləsuvar rayon Heydər Əliyev Mərkəzini, Mərkəzi Kitabxanasını, Təzəkənd kənd Sənətkarlıq Klubunu və Nərimankənd kənd Folklor Klubunu əhatə edib. Nümayiş proqramına Qulu Əsgərovun “Mən burdayam, ilahi!”, Mirsadıq Ağazadənin “Eviniz abad”, Aydın Arslanın “Aktyor” tammetrajlı bədii filmləri, Elmar Bayramovun “Nəfəs”, Ruslan Ağazadənin “Balaca” Qulu Əsgərovun “Hasar”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu” qısametrajlı bədii filmləri, Pərviz Həsənovun “Uşaqlıq fotosu” və Leylaxanım Qənbərlinin “Böyük qırmızı ev” qısametrajlı sənədli filmləri daxildir.
Qeyd edək ki, bundan əvvəl bir çox Aran rayonlarında, Mingəçevir şəhərində kino günləri təşkil olunub. AKİ-dən bildirilib ki, kino günləri əksər bölgələrdə davam etdiriləcək.



Bizə yazın