•  +994 50 359 69 75
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
Göyçayda tarixi görüş - 50 ildən sonra məzunlar bir araya gəldi - FOTO

Azərbaycanın Göyçay rayonunun Qarabaqqal kənd orta məktəbini 1975-ci ildə bitirən bir qrup şəxs 50 ildən sonra bir araya gəlib.
 
Görüşdə dünyasını dəyişdiyi üçün sadəcə 5 şagird yoldaşları iştirak edə bilməyib. Bu görüşü hər kəs arzulayıb. Lakin bu arzunun gerçəkləşib həyata keçməsi düz 50 ildən sonra baş tutub. 50 ildən sonra görüşən məzunlar məktəb xatirələrini yada salıb, o illərə qayıdıblar.
 
Görüşdə Filologiya Elmləri doktoru, dosent, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat institunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, “Ədəbi Turan Kitab Fondu” -nun rəhbəri Esmira Fuad da iştirak edib. O sinif yoldaşları ilə görüşdə Bəxtiyar Vahabzadənin "Əbədi Təklik" şeirini söyləyib. O həmçinin həyatın, yaşamın dostlarla bir arada daha gözəl olduğunu vurğulayıb.
 
Mediaservis.az həmin görüntüləri təqdim edir.



Bizə yazın