Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın İcevan-Razdan və İcevan-Qazax dəmir yollarının bərpasına investisiya qoymaqda maraqlı olacağını ehtimalını səsləndirib.
Medsiaservis.az xəbər verir ki, Baş nazir bu barədə mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, Ermənistanın 30 il ərzində Rusiya ilə dəmir yolu əlaqəsi olmayıb, indi isə İrəvan Mərkəzi Asiya ilə də əlaqə əldə edəcək, Çinin regiona çıxışı olacaq.
N.Paşinyan qeyd edib ki, Ermənistan dəmir yolları Rusiya Federasiyasının nəzarəti altındadır. O, Rusiyanın İcevan-Razdan və İcevan-Qazax dəmir yollarının bərpasına investisiya qoymaqda maraqlı olacağını da ehtimal edib.
“Əlbəttə, Azərbaycanın razılığı da lazım olacaq”, - deyə vurğulayıb.

Bizə yazın