•  +994 50 359 69 75
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
Ay Yerdən uzaqlaşır: Gələcəkdə bizi nələr gözləyir?

Ay hər il Yerdən 3,8 santimetr uzaqlaşır

Elm adamları Ayın hər il Yerdən təxminən 3,8 santimetr (1,5 düym) uzaqlaşdığını bildirir. Bu məsafə, Ay səthinə astronavtlar tərəfindən yerləşdirilən güzgülərə lazer şüaları göndərilərək millimetr dəqiqliyində ölçülür.
 
Ayın uzaqlaşmasının səbəbi, Yer fırlanması zamanı yaranan qabarma-çəkilmə qüvvələridir. Ayın cazibə qüvvəsi, Dünyanın ona baxan tərəfində daha güclü, digər tərəfində isə daha zəif hiss edilir. Bu fərq okeanlarda iki böyük su qabarmasına səbəb olur.
 
Dünya fırlandıqca bu qabarmalar Ayın bir qədər önündə qalır və Aya irəli doğru çəkiş tətbiq edir. Bu da Ayın orbitini genişləndirib uzaqlaşmasına səbəb olur. Eyni prosesdə Dünyanın fırlanması da yavaşlayır, günlər çox kiçik nisbətlərdə uzanır.
 
Keçmişdə Ay daha yaxın idi
 
Təxminən 4,5 milyard il əvvəl, Mars böyüklüyündə bir göy cisminin Dünyaya çarpması nəticəsində yaranan Ay, o dövrdə planetimizə çox daha yaxın idi. 70 milyon il əvvəl günlərin 23,5 saat çəkdiyinə dair fosil qeydləri, Ayın o dövrdə də bugünkündən yaxın olduğunu göstərir.
 
Gələcəkdə nə olacaq?
 
Uzun müddətdə Dünya ilə Ayın bir-birinə "qabarma-çəkilmə kilidi" vəziyyətinə keçməsi, yəni Dünyanın öz oxu ətrafında fırlanma müddətinin Ayın orbit müddətinə bərabərləşməsi gözlənilir. Bu nöqtədə Ayın uzaqlaşması dayanacaq və Ay yalnız Dünyanın bir tərəfindən görünəcək.
 
Lakin bundan əvvəl, təxminən 1 milyard il içində günəşin parlaqlığının artması ilə okeanlar buxarlaşacaq və qabarma-çəkilmə təsiri sona çatacaq. Daha sonra günəş qırmızı nəhəng mərhələsinə keçərək həm Dünyanı, həm də
Ayı məhv edəcək.
 
Elm adamları bu təsirlərin çox uzun müddətdə baş verəcəyini, bu gün üçün Ayın uzaqlaşmasının yalnız astronomik müşahidələrlə fərq edilə biləcək qədər kiçik olduğunu bildirirlər.

Bizə yazın