•  +994 50 359 69 75
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
Zəngilanda Novruz festivalı keçirildi - FOTO

Zəngilan rayonunun Ağalı kəndində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən Novruz bayramı münasibətilə festival təşkil olunub.

Festival çərçivəsində sərgi-satış yarmarkaları, milli adət-ənənələri əks etdirən təqdimatlar, həmçinin Novruz personajlarının iştirakı ilə əyləncəli proqramlar keçirilir. Tədbirdə müğənnilər, xanəndələr, aşıqlar, xor kollektivləri və rəqs qruplarının iştirakı ilə geniş konsert proqramı təqdim olunur.

Festivalın əsas məqsədi Şərqi Zəngəzur iqtisadi rayonunun zəngin mədəni irsinin və turizm potensialının tanıdılmasıdır. Bayram tədbirlərində yerli istehsal məhsulları, əl işləri və milli mətbəx nümunələri də nümayiş etdirilir.

Qeyd edək ki, proqram çərçivəsində ənənəvi Novruz tonqalı qalanır, həmçinin Kosa və Keçəl kimi folklor personajlarının iştirakı ilə müxtəlif səhnəciklər və oyunlar təşkil olunur.

Bizə yazın