•  +994 50 359 69 75
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
Əzm və məqsədyönlü fəaliyyət - Məhbubə Xəlilzadənin uğur hekayəsi

Azərbaycanda istedadlı və savadlı gənclərin dəstəklənməsi ölkənin gələcək inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Xüsusilə xaricdə təhsil alaraq ölkəmizə fayda verməyi hədəfləyən gənclərin yanında olmaq onların uğurlarına əlavə stimul verir. Bu baxımdan, Türkiyədə təhsil alan gənc azərbaycanlı Məhbubə Xəlilzadənin hekayəsi diqqət çəkir.


Xpress.az xəbər verir ki, Məhbubə Xəlilzadə hazırda Türkiyənin Samsun şəhərində yerləşən Ondokuz Mayıs Üniversitesi universitetinin Sağlamlıq Elmləri Fakültəsinin Ortez və Protez ixtisası üzrə IV kurs tələbəsidir.

O, təhsil aldığı müddətdə özünü davamlı inkişaf etdirərək müxtəlif konfranslarda iştirak edib, sahənin peşəkarlarından yeni bilik və bacarıqlar qazanıb. Gənc tələbə bildirir ki, Türkiyədə təhsil almaq yolunda bir çox çətinliklərlə qarşılaşıb, lakin məqsədlərinə çatmaq üçün əzmlə çalışmağa davam edib.

Məhbubənin ən böyük hədəflərindən biri bakalavr təhsilini uğurla başa vurduqdan sonra Almaniyada magistratura təhsili almaq və gələcəkdə ortez-protez sahəsinin peşəkar mütəxəssislərindən birinə çevrilməkdir. O, xarici dillərin öyrənilməsinə xüsusi önəm verir və əldə etdiyi bilikləri gələcəkdə insanların xidmətinə təqdim etməyi planlaşdırır.

Belə savadlı, məqsədli və vətəninə fayda vermək istəyən gənclərin dövlət qurumları, fondlar və aidiyyəti təşkilatlar tərəfindən dəstəklənməsi onların daha böyük uğurlara imza atmasına şərait yarada bilər. Məhbubə Xəlilzadə kimi gənclər gələcəkdə Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edə, ölkəmizin səhiyyə və reabilitasiya sahəsinə mühüm töhfələr verə bilərlər.

Onun uğur hekayəsi göstərir ki, əzm, zəhmət və məqsədyönlü fəaliyyət hər zaman öz bəhrəsini verir. Dövlət dəstəyi ilə belə gənclərin sayı daha da arta və Azərbaycan üçün yeni uğur nümunələri yarana bilər.

Bizə yazın