•  Az: (+994 50) 359 69 75, Рус: (+994 55) 870 29 59
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
Niyə biz?
  •  
  • Azərbaycanda media xidmətlərini bir arada peşəkar səviyyədə təqdim edən ilk konsaltinq şirkətiyik.

    "MediaServis" Consulting Company MMC 14 iyun 2024-cü il tarixdə yaradılıb. Rəsmi internet ünvanı www.mediaservis.az saytıdır. Sayt üç dildə - Azərbaycan, rus və ingilis dillərində yayımlanır.

    MMC media sahəsində uzun illər təcrübəsi olan şəxslər tərəfindən idarə olunur və Azərbaycanın tanınmış media təmsilçiləri ilə yaxından əməkdaşlıq edir. Tərəfimizdən göstərilən xidmətlərin hər birini bu sahədə kifayət qədər təcrübəsi olan jurnalistlər icra edir. Odur ki, müvafiq xidmət sahələri üzrə aldığımız sifarişlərin yüksək peşəkarlıqla hazırlanmasına, sifarişçiyə keyfiyyətli formada təqdim edilməsinə zəmanət veririk. 

    Sifariş əsasında "MediaServis" tərəfindən istənilən mövzu və janrda məqalələr, reportajlar hazırlanır və redaktə olunmuş formada sifarişçiyə təqdim olunur. "MediaServis" xəbər, məqalə, elan və reklamların sayt və qəzetlərdə dərcini də təşkil edir. Bundan başqa, istənilən mövzuda olan məqalələrin ingilis, rus və fransız dillərinə tərcüməsi (eləcə də əksinə) edilir. Bütün bunlar media sektorunda çalışan təcrübəli tərcüməçilər tərəfindən həyata keçirilir. Eyni zamanda, sifariş əsasında müxtəlif sahələr üzrə obyektlərə, idarə və müəssisələrə mediaturlar təşkil edilir. Mediaturda istənilən say həddində sayt və televiziyalardan jurnalistlərin iştirakı təmin olunur. Tədbir və mərasimlərin peşəkar foto və videoçəkilişlərini də şirkətimizə həvalə edə bilərsiniz.

    "MediaServis" MMC xüsusən də kütləvi informasiya vasitələri (KİV) üçün daha bir özəllik təqdim edir. Belə ki, istənilən media obyektinin məsul şəxsləri www.mediaservis.az-a daxil olaraq "XƏBƏR AL" bölməsindən özəl xəbərləri və özəl araşdırma yazılarını müəyyən ödəniş əsasında əldə edə və onu öz məhsulları kimi media resurslarında dərc edə bilərlər.

    "MediaServis", həmçinin özəl foto və videoların satışını həyata keçirir. Belə ki, istənilən şəxs saytın "Foto/Video al" bölməsində təqdim olunan foto və ya videoları müəyyən ödəniş qarşılığında satın ala bilər.

    www.mediaservis.az saytı üzərindən jurnalistlər, eləcə də ayrı-ayrı şəxslər (istənilən vətəndaş) də maddi gəlir əldə edə bilərlər. Belə ki, onlar özəl xəbərlər və araşdırma yazılarını bizə satmaqla əməklərinin qarşılığını alacaqlar. Təqdim edilən yazılar plagiat olmadan, maraqlı, gündəmə uyğun, eləcə də peşəkar yazılmalıdır.

    "MediaServis" MMC tərəfindən göstərilən media xidmətləri barədə daha ətraflı "XİDMƏTLƏRİMİZ" bölməsindən tanış ola bilərsiniz!

    Müştəri məmnuniyyəti bizim üçün əsas kodeksdir!

    Bizə yazın