Azərbaycanda media sahəsinə aid xidmətləri bir arada peşəkar səviyyədə təqdim edən ilk konsaltinq şirkətiyik.
"MediaServis" Consulting Company MMC 14 iyun 2024-cü il tarixdə yaradılıb. Rəsmi internet ünvanı www.mediaservis.az saytı vasitəsilə 6 sentyabr 2024-cü ildə fəaliyyətə başlayıb. Sayt üç dildə - Azərbaycan, rus və ingilis dillərində yayımlanır.
MMC media sahəsində uzun illər təcrübəsi olan şəxslər tərəfindən idarə olunur. Müvafiq xidmət sahələri üzrə aldığımız sifarişlərin yüksək peşəkarlıqla hazırlanmasına, sifarişçiyə keyfiyyətli formada təqdim edilməsinə zəmanət veririk.
Sifariş əsasında "MediaServis" tərəfindən istənilən mövzu və janrda məqalələr, reportajlar hazırlanır və redaktə olunmuş formada sifarişçiyə təqdim olunur. "MediaServis" xəbər, məqalə, elan və reklamların sayt və qəzetlərdə dərcini də təşkil edir. Bundan başqa, istənilən mövzuda olan məqalələrin ingilis, rus, ərəb və fransız dillərinə tərcüməsi (eləcə də əksinə) edilir. Eyni zamanda, sifariş əsasında müxtəlif sahələr üzrə obyektlərə, idarə və müəssisələrə mediaturlar təşkil edilir. Mediaturda istənilən say həddində sayt və televiziyalardan jurnalistlərin iştirakı təmin olunur. "MediaServis" tədbir və mərasimlərin peşəkar foto və videoçəkilişlərini də təşkil edir.
Şirkətimiz xüsusən də kütləvi informasiya vasitələri (KİV) üçün daha bir özəllik təqdim edir. Belə ki, istənilən media obyektinin məsul şəxsləri www.mediaservis.az-a daxil olaraq "XƏBƏR AL" bölməsindən özəl xəbərləri və özəl araşdırma yazıları əldə edə və onu öz məhsulları kimi media resurslarında dərc edə bilərlər.
"MediaServis", həmçinin özəl foto və videolar təqdim. Belə ki, istənilən şəxs saytın "Foto/Video al" bölməsində təqdim olunan foto və ya videoları loqosuz əldə edə bilər.
www.mediaservis.az saytı üzərindən jurnalistlər, eləcə də ayrı-ayrı şəxslər (istənilən vətəndaş) də maddi gəlir əldə edə bilərlər. Belə ki, onlar özəl xəbərlər və araşdırma yazılarını bizə satmaqla əməklərinin qarşılığını alacaqlar. Təqdim edilən yazılar plagiat olmadan, maraqlı, gündəmə uyğun, eləcə də peşəkar yazılmalıdır.
"MediaServis" MMC tərəfindən göstərilən media xidmətləri barədə daha ətraflı "XİDMƏTLƏRİMİZ" bölməsindən tanış ola bilərsiniz!
Müştəri məmnuniyyəti bizim üçün əsas kodeksdir!
Elgün Mənsimov
"Mediaservis" MMC-nin təsisçisi
Bizə yazın