Qarabağ şəhidlərinin əziz xatirəsinə ithaf olunmuş Azərbaycan Televiziyasının “Xüsusi layihələr” studiyası tərəfindən hazırlanan “Atamın kölgəsində” qısametrajlı bədii filminin Nizami Kino Mərkəzində təqdimatı keçirildi.
Təqdimatda sənət adamları, ictimai nümayəndələr, şəhid ailələri iştirak edirdi.
Böyük bir heyətin yer aldığı “Atamın kölgəsində” filminin yaradıcı heyəti səhnəyə çıxaraq filmin şəhid ailələrinə və onların övladlarına ithaf olunduğunu qeyd etdi. 44 günlük savaşda canlarından keçən şəhidlərimiz və onların ailələrində yaşanan bu kədərli hadisənin bir hissəsini ekranlara daşımanın məsuliyyətindən danışdılar.
Film, 44-günlük Vətən Müharibəsində atasını itirən bir oğlanın həyatından bəhs edir. Şəhid ailələrində yaşanan ağrılar, acıların bir qismi filmdə öz əksini tapıb.
Filmin layihə rəhbəri Həmid Həsənzadə olan filmin nümayişi böyük rəğbətlə qarşılandı.
Qeyd edək ki filmdə baş rolları Zahid Əhmədov, Qurban Əhmədov və Lalə Süleymanova canlandırıb.
Filmin quruluşçu rejissorluğu Fərid Əhmədova, ssenari müəllifi Leyla Qədirzadəyə, quruluşçu operatoru Aqşın Rzayevə, rejissorluğu Orxan Cahangirə, prodüseri Nicat Həsənliyə, İcraçı prodüseri Oruc Pirəliyevə, montajı Mirhüseyn Ağayevə, səs rejissorluğu Murad Bayramova məxsusdur.
Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan “Atamın kölgəsində” filminə baxmaq istəyənlər linkə keçid edərək baxa bilər:
Bizə yazın