•  +994 50 359 69 75
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
“İki sahil” qəzeti 34 yaşını qeyd edir

“İki sahil” qəzetinin 34 yaşı tamam olub.

Mediaservis.az xəbər verir ki, mətbu orqan 1991-ci ildə işıq üzü görüb.

Müasir dövlət quruculuğu prosesləri, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, Azərbaycan mədəniyyətinin, incəsənətinin, təhsilinin inkişaf mərhələləri qəzetdə əks etdirilir.

Bu gün, eyni zamanda, mətbu orqanın “ikisahil.az” internet saytı, “İki sahil TV” internet televiziyası fəaliyyət göstərir. Dövrün, zamanın tələblərinə uyğun olaraq yenilənən internet səhifəsində günün aktual məsələlərinin təhlili, ölkə daxilində və onun hüdudlarından kənarda baş verən hadisələr operativ şəkildə oxuculara, izləyicilərə çatdırılır.

"İki sahil"də çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

Bizə yazın